“Gənclərin Həmrəylik Festivalı” keçirildi - FOTO

25-12-2023, 12:11
A+
A-


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.

Magazinews.Az xəbər verir ki, festivalda səhnə alan sənətçilərin sırasında gənclərin sevimli müğənnisi Hiss də olub.  Onminlərlə gəncin iştirakı ilə baş tutan gecədə sənətçi ar-arda sevilən hitlərini tələbələrlə birgə səsləndirib. Səhnədə onu çıxışı boyu “NERO” şou-balet rəqs qrupu da müşayiət edib. Hiss "Laylay", "Busan", "Karma" mahnıları ilə yanaşı, Jay Aliyevin imzası olan "Kədərli bölüm" trekini təqdim edib. 


Festival ərzində Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənni İlhamə Qasımova, həmçinin DJ Kənan “Drums” çıxış edib.