Məşhur veriliş 18 ildən sonra bitdi - FOTO

29-12-2023, 19:14
A+
A-


18 ildir Türkiyənin şou-biznes aləmində baş verən hadisələri, yenilikləri ekrana gətirən "2. sayfa" proqramı bağlanıb.

Axşam.az xəbər verir ki, aparıcı Gülşen Yüksel Salt bugünkü buraxılışda izləyiciləri ilə sağollaşaraq proqramdan ayrıldığını açıqlayıb. O, bu müddət ərzində birgə aparıcılıq etdiyi Müge Dağıstanlı Erdoğanı qucaqlayaraq duyğulanıb.

Müge isə 2024-cü ilin yanvarın 2-dən etibarən isə həmkarı Ali Eyüboğlu ilə "TV8"də "Aramızda qalsın" verilişi ilə izləyicilərin qarşısına çıxacaq.