Azərbaycanlı model çarəsiz vəziyyətdədir: Xəstə yatağından FOTOsunu paylaşdı

4-01-2024, 20:54
A+
A-


Xəbər verdiyimiz kimi, "Miss Azərbaycan" yarışmasının qalibi Səmra Hüseynova dəhşətli ağrılarla başı dərddədir.

Magazinews.Az xəbər verir ki, o, sosial hesabından paylaşımı ilə xəstəliyinin davam etdiyini bildirib.

Bir müddət öncə tam sağaldığını elan edən model bunları deyib:

"Artıq məcbur qaldım, çünki çarə tapılmır. 10 ildən çoxdur bədən ağrıları var. Göynəyir oynaqlarım. Və 10 ildir ancaq  yazılıb və ya antidepresantlar içirəm keyidilirəm . Amma sağalmıram. Bədənim ağrılara tab gətirmir. Əvvələr düşündülər neyropatik fibromialgiyadı. yaşıl resept var) . Sora bu yaxında mənə çeftriakson antibiotik vurdular elə bil ağrı dayandı rezko kəsdi ağrı. Ama antibiotiki dayandıran kimi ağrı artdı. Artıq bilmmirəm nə edəm antibiotikdə qoymurlar çox məndə antidepresant istəmirəm. Mənə kömək edin... hər şey eləmişəm . Revnatizma da çıxmadı. (Cinsi infeksiyada yoxdu, onsuz da cinsi həyatım yoxdur) Akupuntrda elədilər. Amma düzəlmirəm. Mən sağalmaq istirəm keyidilmək deyil. Yazmayın artıq mənə antidepresanlar.

Modelin bilinməyən xəstəliyi barədə paylaşımlarını təqdim edirik: 

Tural
Magazinews.Az