Zaur verilişini bağlayır?

4-01-2024, 17:21
A+
A-


Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlam istəyir. 

Axşam.az bildirir ki, bu haqda o, özü açıqlama verib. Zaur bildirib ki, artı proqrama aparıcılıq etmək istəmir:

"İnsanlar düşünür ki, Yeni il zarafatıdır. Əgər Günay istəsə, Dilavər və Davudla davam etsin. Əsla zarafat deyil. Tam məsuliyyətimlə deyirəm, istəmirəm. Gəldik, gözəllikləri insanlara saçdıq. İndi zamanıdır. Hətta "Bizimləsən" haqqında da düşünürəm".

Günayın "Belə etmə, nə qədər əziyyət çəkmişik. İlk biz etdik. Sırf real ailənin öz evində apardığı veriliş yoxdur. Ya səninlə davam, ya da sənsiz yox" sözlərinə Zaur "Onda yox" cavabını verib.