Tatlısəs oğlunu məhkəməyə verdi - FOTO

6-01-2024, 12:25
A+
A-


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəsdən şikayətçi olub.

Qafqazinfo xəbər verir ki, Əhməd "Tatlıses" brendinə görə məhkəməlik olub. 

İbrahim Tatlısəs oğlunun "Tatlıses" brendindən icazəsiz istifadə edərək "Tatlıses Kebap" adlı məkan açdığını iddia edib və onu məhkəməyə verib.

Müraciətində oğlunun illərdir öz zəhməti ilə qazandığı müsbət reputasiyadan yararlanmağa çalışdığını bildirən sənətçi, Əhməd Tatlısəsin istehlakçını yanıltdığını və haqsız rəqabət təmin etməyə çalışdığını iddia edib.

Qeyd edək ki, İbrahim Tatlısəs daha əvvəl də oğlunun onu təhdid etdiyini iddia edərək Əhməd Ttalısəsdən şikayətçi olmuşdu.