"Belə olmağım yaxşıdır, Natiq məndən bezməz" - VİDEO

6-02-2024, 20:41
A+
A-


Şou-biznesin məşhur Musayevlər ailəsi Space Tv-də yayımlanan "Gül kimi" şounun qonağı olub.

Magazinews.Az xəbər verir ki, Təranə Qumralın özü kimi müğənni qızı Qumral efir zamanı verdiyi açıqlaması ilə diqqət çəkib.

Aparıcı Cavid Gülün tez-tez dəyişməsi barədə sualına cavab verən sənətçi bunları deyib:

"Neçənci efirdir ki, məni görüb dəyişməyimdən şoka düşürlər. Dəyişməyim özümdən asılı deyil. Hər dəfə efirə gedəndə saç düzümümdən, makiajımdan, yaxud kilo atmamla bağlı ola bilər. Böyük dəyişiklər etmirəm. Belə olmağım yaxşıdı, həyat yoldaşım məndən bezməz".


Tural
Magazinews.Az


VIDEO: https://news.milli.az/showbiz/1180890.html