“Kurtlar Vadisi”nin Mematisi 16 illik həyat yoldaşı ilə - FOTOlar

9-02-2024, 15:15
A+
A-


"Kurtlar Vadisi" serialının Memati Başı (Gürkan Uygun) həyat yoldaşı Şebnem Uygunla bağlı paylaşım edib. 

Baku.ws bildirir ki, aktyor arvadı ilə şəkilini paylaşaraq evliliklərinin 16 ilinin tamam olduğunu bildirib.

Şebnemle Gürkan hər zaman xoşbıxtlikləri ilə Türkiyə şou dünyasındakı cütlüklərə örnək olub.

2008-ci ildə ailə quran aktyorla arvadının iki övladı var. Gürkan şəxsi həyatını ictimaiyyətdən və mətbuatdan uzaqda yaşayır.

Xatırladaq ki, gürcü əsilli türkiyəli aktyor Gürkan Uygun "Kurtlar Vadisi" serialında Memati

obrazını canlandırıb.

O bu serialdan əvvəl "Şapkadan Babam Çıktı",  "Deli Yürek", "Yedi Numara",  "Böyle Mi Olacaktı", "Tatlı Kaçıklar"  kmi ekran işlərində yer alıb.