Məşhur azərbaycanlı müğənni SƏNƏTDƏN GETDİ - VİDEO

12-02-2024, 18:14
A+
A-


Məşhur müğənni "Rauf-40*" dərəcə kimi tanınan Rauf Əhmədov sənətdən getdiyini açıqlayıb.

Magazinews.Az xəbər verir ki, o, bu barədə məlumatı izləyiciləri ilə bölüşüb. Sənətçinin bu addımı sevənləri tərəfindən məyusluqla qarşılanıb.

Rauf paylaşımının şərh bölümün də bağlayıb. 

Sözügedən mövzu barədə sənətçinin duyğusal və atmacalı açıqlamasını təqdim edirik:

"Professional səhnədə 9-cu ilim tamam olur. Mən musiqini tərk edirəm. Həmkar dostlarıma uğur arzu edirəm. Radio Dağalarda səslənən mahnılarıma görə başda rəhbərlik olmaqla, bütün radio aparıcı və dj dostlarıma təşəkkür!

Mandarin meyvəsini bıçaqla böməyin! Qabığını soyun, içində dilimlər çoxdur, hamıya çatacaq. Kiçiklər böyüklərə hörmət edin, böyüklər kiçiklərə dayaq olun! Xoş oldu sizinlə işləmək! Təşəkkür!"


Tural
Magazinews.Az


VIDEO: https://news.milli.az/showbiz/1182508.html