"Qızım Bakıda evdədir, toy olmamış..." - Nüşabədən ÖZƏL AÇIQLAMA

25-08-2020, 10:44
A+
A-

Əməkdar artist Nüşabə Ələsgərlinin qızının toyu olması ilə bağlı mediada xəbərlər dərc edilib.

Bununla bağlı əməkdar artist BiG.AZ-a özəl açıqlama verib.

O, bildirib ki, yayılan xəbər şayiədir:

"Mən hazırda Bakıdayam. Qızımın da toyu olmayıb, o da yanımdadır. Siz o toyda məni gördünüzmü?! Xeyr, əgər toy olsaydı mən də iştirak edərdim. Necə ola bilər ki, toy olsun mən olmayım?! Həmçinin, dostum- tanışlarım, şou-biznes nümayəndələri burdadır. Toyu Bakıda edəndə hamısını çağıracam. Karantindən sonra toy baş tutacaq".