Zaur Kamal ATV-yə getdi - FOTO

17-12-2020, 11:59
A+
A-

Aparıcı Zaur Kamal 106.3 FM-də işə başlayır.

Bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat verib.

O, dekabrın 21-dən etibarən həftəiçi hər gün 106.3 FM-də "Danışır Zaur" adlı verilişi ilə dinləyicilərinin qarşısına çıxacaq.

Aparıcı paylaşımına "davamı var" sözlərini qeyd etməsi ilə də tezliklə ATV telekanalında aparıcı kimi görünəcəyinə işarə verib.

Qeyd edək ki, Z.Kamal bir neçə gün öncə ATV telekanalının önündə çəkdirdiyi fotosu ilə 23 ildir çalışdığı "Xəzər" TV ilə yollarını ayırdığını bildirmişdi.


MAGAZINEWS.AZ